Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Böyürtkən yığmağa gedən qadın itkin düşüb

Böyürtkən yığmağa gedən qadın itkin düşüb

Tarix: 23 Iyul 2022 22:20

İyulun 22-də Lənkəranda itkin düşən 39 yaşlı qadın tapılıb.

Dünəndən davam edən axtarışlar nəhayət öz nəticəsini verib. Rayonun Tükəvilə kənd sakini Fəxriyyə İbrahimova bu gün qonşu Rüdəkənar kəndindəki dağlıq ərazidən tapılıb.

39 yaşlı qadın böyürtkən yığmaq üçün dünən səhərə yaxın saat 5 radələrində evdən çıxmışdı, lakin bir müddət sonra evə qayıtmadığından qadının yaxınları aidiyyəti üzrə müraciət etmişdilər.

Axtarışlara FHN-in Cənub Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasedici qrupu və kənd camaatı qoşulmuşdu. Bu gün isə gözlənilən şad xəbər gəldi. Günorta saatlarında o, tapılaraq, evə gətirilib.

Qeyd edək ki, Fəxriyyə İbrahimovanın səhhətində hazırda heç bir problem yoxdur, özünü normal hiss edir.


Etiketlər:  Böyürtkən yığmağa gedən qadın itkin düşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ