Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2019 02:08
Bakı. Trend:
Əfqanıstanın Qəndəhar şəhərinin hava limanında bir əfqanıstanlı əsgər tərəfindən açılan atəş nəticəsində ən azı 3 xarici əsgər yaralanıb.
Trend-in məlumatına görə, hadisə əfqan əsgəri ilə əcnəbi əsgəri arasında çəkişməsindən sonra baş verib.
Bildirilir ki, "Taliban" hərəkatı hücuma məsuliyyətini öz üzərinə götürüb. Həmin hücum onların agenti tərəfindən təşkil edilib.
Məlumata əsasən, atışmada 12 nəfər həlak olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin