Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2022 22:24
İranın cənubunda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) raket mühəndisi Səid Tamardar Mutlak öldürülüb.
Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb.
Nəşr qeyd edir ki, İran hakimiyyəti Mutlakın ölümünü açıqlamayıb, bu, yalnız dəfn mərasimi ilə bağlı məlumatdan sonra məlum olub.
Bununla belə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani deyib ki, "elmi şücaətimizin qəhrəmanlarının qorxaqcasına öldürülməsi pərdəarxası terrorçuların öz məqsədlərinə çatmasına kömək etməyib".