Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2022 07:36
Birliyi qorumaq, qələbə naminə birgə çalışmaq ən mühüm milli vəzifədir.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski müharibənin 151-ci gününün sonunda axşam çıxışında deyib.
"Hazırda birliyi qorumaq və qələbə üçün bir çalışmaq hamımızın mütləq yerinə yetirəcəyimiz ən mühüm milli vəzifədir. Biz əvvəlki nəsillərin edə bilmədiklərini edəcəyik. Bu, bizim müstəqillik müharibəsində müdafiəmizə, dünyanın ən müasir dövlətlərindən birinə çevrilməyimizə aiddir", - deyə Zelenski vurğulayıb.
Prezident vurğulayıb ki, sabah vacib həftə başlayır. 28 iyul Ukrayna Dövlətçilik Gününün qeyd olunur.
"Bu həftə tərəfdaşlarımızın mühüm səfərləri olacaq. Əsas məsələ Ukraynanın cəbhədə, diplomatiyada, iqtisadiyyatda da daha da irəliləməsi olacaq", - deyə Zelenski bildirib.