Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu, Rusiya üçün heç bir əhəmiyyət kəsb etmir''

''Bu, Rusiya üçün heç bir əhəmiyyət kəsb etmir''

Tarix: 25 Iyul 2022 08:32

Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiyanın Odessa limanını bombalamasını zorakılıq aktı adlandırıb.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Zurabişvili Tvitter hesabında qeyd edib.

Prezidentin sözlərinə görə, beynəlxalq razılaşma əldə olunandan bir gün sonra Odessa limanının bombalanması onu göstərir ki, sözlər və qlobal humanitar vəziyyət Rusiya üçün heç bir əhəmiyyət kəsb etmir:

"Ukraynadan taxıl ixracını təmin etmək üçün saziş imzalandıqdan cəmi bir gün sonra Odessanın bombalanması pislənilən zorakı hərəkətdir. Bu, Rusiyanın nə öz sözünə, nə də qlobal humanitar və təchizatla bağlı vəziyyətə əhəmiyyət verdiyini göstərir".


Etiketlər:  Rusiya üçün heç əhəmiyyət kəsb etmir


RƏYLƏR