Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

100 min manatadək gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edilib

100 min manatadək gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edilib

Tarix: 24 Sentyabr 2019 10:04

Bakı. Trend:

Dövlət Əmək Müfəttişliyi cari il ərzində 100 min manatadək gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə bildirilib ki, 2019-cu ilin ötən səkkiz ayı ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaşlardan daxil olmuş 5572 şikayət məzmunlu ərizə, eləcə də müxtəlif müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş 4129 məktub araşdırılaraq cavablandırılıb. Həmçinin 989 vətəndaş fərdi qaydada qəbul edilib və onların müxtəlif mövzularla bağlı ərizə, şikayət və sorğuları qəbul edilərək araşdırılmasının təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

Xidmətə daxil olan vətəndaş müraciətlərinin bir qismində işəgötürənlər tərəfindən əməkhaqlarının, zərərə görə ödənclərin və s. sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən edilib. Xidmət həmin müraciətlərin hər biri ilə əlaqədar qanunvericiliyin tələblərinə uyğun şəkildə tədbirlərin görülməsini və bu ilin səkkiz ayında 92992.26 manatadək gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.

Əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 81 nəfər öz əvvəlki iş yerlərinə bərpa edilib, bu işçilər barəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması təmin edilib.

Eyni zamanda qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, işəgötürən-işçi münasibətlərinin qanunvericiliyə uyğun rəsmiləşdirilməsi, əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial iqtisadi, hüquqi, əməyin mühafizəsi və əmək qanunvericiliyinin tətbiqi ilə əlaqədar Xidmət tərəfindən maarifləndirici və qabaqlayıcı tədbirlər həyata keçirilir.

2019-cu ilin ötən dövründə Dövlət Əmək Müfəttişliyi Xidmətinin təsdiq edilmiş iş planına uyğun olaraq 41 maarifləndirmə tədbiri keçirilmişdir. Bu tədbirlər əsasən uşaq əməyinin istismarının qarşısının alınması, əməyin mühafizəsi normalarına əməl olunması, əmək müqaviləsinin bağlanması, müqavilələrin şərtlərinin dəyişdirilməsi, xitam verilməsinin əsasları və əmək qanunvericiliyinin tətbiq olunması mövzularına həsr olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  manatadək gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ