Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ukrayna Rusiya ərazisinə zərbələr endirə bilər''

''Ukrayna Rusiya ərazisinə zərbələr endirə bilər''

Tarix: 27 Iyul 2022 23:14

"Ukrayna hərbçiləri Rusiya ərazisində yerləşən və ərazimizin atəşə tutulduğu obyektlərə zərbələr endirə bilər".

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib. 

"Əgər zərurət yaranarsa, həmin obyektlər vurulacaq. Prezidentin açıqlamaları da həmin ərazilərlə bağlı cavab verəcəyimizi təsdiqləyir. Ölkəmizə raketlərdən, təyyarələrdən və ya gəmilərdən atılan bütün atışlardan xəbərimiz var", Danilov qeyd edib. 

Eyni zamanda o əlavə edib ki, Ukrayna Rusiya hərbçilərinin əraziləri haradan atəşə tutduğunu bilir.


Etiketlər:  Ukrayna Rusiya ərazisinə zərbələr endirə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ