Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2022 20:48
Uşaqların bu sevimli əyləncəsi onlara bir sıra xəstəliklər "hədiyyə" edə bilər.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, Şimalı Corciya universitetinin mütəxəssisləri müxtəlif ərazilərdə quraşdırılan şarlarla dolu 6 uşaq hovuzunu araşdırıblar. Söhbət uşaqların əylənməsi üçün nəzərdə hovuzlardan və eyni zamanda da sensor stimulyator rolu oynayan fiziki terapiya üçün nəzərdə tutulan hovuzlardan gedir.
Mütəxəsisslər təsadüf nətiicəsində seçdikləri müxtəlif dərinlikdə içərisində 9-dan 15-ə qədər şar olan hovuz seçiblər.
Mikrobioloji analiz göstərib ki, bu şarların üstündə maya göbələkləri və bakteriya koloniyaları yaşayır.
Müəyyən edilən 31 bakteriya növündən 8-i şərti patogen mikroblardır. Yəni onlar əlverişli şəraitdə bir sıra ağır infeksiyalara səbəb ola bilərlər.
Bundan əlavə, şarların çirklənmə dərəcəsinin yüksək olduğu da müəyyən edilib. Bu isə mikroorqanizmlərin orqanizmə düşərək xəstəlik yaratma ehtimalını artırır.
Söhbət əsasən endokardit törədicisi, sepsis, meningit infeksiyası, pnevmaniya törəsicisindən gedir.
Mütəxəssislərin fikirlərinə görə, bu şarların çirkli olmalarının səbəbi onların gec-gec yuyulmasıdır.
Yuyulmadıqları müddətdə mikroorqanzimlər çoxalaraq təhlükəli səviyyəyə çatırlar. Bu isə uşaqların sağlamlığı üçün təhlükə yaradır. Bunları nəzərə alaraq, əyləncə mərkəzlərində, uşaq meydançalarında olan hovuzlardakı şarların uşaqlar üçün təhlükəli olduğunu söyləmək olar.