Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2022 11:20
Xərçəng xəstəliyinə yoluxan müğənni Zeynəb Həsəni səhhətindən danışıb.
Sonxeber.net azxeber.com-a istinadən xəbər verir ki, hazırda Türkiyədə olan sənətçi vəziyyəti ilə bağlı "Elgizlə izlə" verilişinə açıqlama verib. Zeynəb müayinələrdən sonra onda xərçəng xəstəliyi aşkarlandığını, buna görə də əməliyyat olunduğunu bildirib:
"Bir az problemim var idi. Özümdə narahatlıq hiss etdim və həkimə gəldim. Müayinələrdən keçəndə məndə bu xəstlik aşkarlandı. İnşallah müalicələrlə keçəcək. Əməliyyat olundum".
Qeyd edək ki, müğənninin anası bir müddət əvvəl xərçəngdən vəfat edib.