Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Rusiya Ukraynanı xəritədən silmək istəyir''

''Rusiya Ukraynanı xəritədən silmək istəyir''

Tarix: 30 Iyul 2022 21:12

Artıq Rusiyanın Ukraynanı parçalamaq və "onu xəritədən tamamilə silmək" niyyətində olduğuna heç bir şübhə olmamalıdır.

Bunu ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild deyib.

Onun sözlərinə görə, Kremlin Donetsk və Luqansk vilayətlərinin, eləcə də Xerson və Zaporojye vilayətlərinin bütün ərazilərini qondarma "referendum" və ya Rusiyaya birləşmək haqqında fərman vasitəsilə ilhaq etmək cəhdi üçün zəmin hazırladığına dair işarələr artır.

Tomas-Qrinfild əlavə edib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov hətta "bu, Rusiyanın hərbi hədəfidir" deyib.


Etiketlər:  Rusiya Ukraynanı xəritədən silmək istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ