Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ferentsvaroş”un oyunu təxirə salındı

“Ferentsvaroş”un oyunu təxirə salındı

Tarix: 31 Iyul 2022 20:44

"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi "Ferentsvaroş"un avqustun 6-da Macarıstan çempionatının 2-ci turunda "Zalaegerseq"lə keçirməli olduğu oyun təxirə salınıb.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Budapeşt təmsilçisi "Qarabağ"la matça daha yaxşı hazırlaşmaq üçün Macarıstan Futbol Assosiasiyasına müraciət edib və müsbət cavab alınıb. Matçın yeni vaxtı daha sonra açıqlanacaq.

Yeri gəlmişkən, "Ferentsvaroş" bu gün yerli çempionatda mövsümün ilk oyununa çıxacaq. Komanda ilk turda "Puşkas Akademiya"sını qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Qeyd edək ki, "Qarabağ" "Ferentsvaroş"la ilk oyunu avqustun 3-də Bakıda, cavab görüşünü isə avqustun 9-da Budapeştdə keçirəcək.


Etiketlər:  Ferentsvaroşun oyunu təxirə salındı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ