Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniyada pilotlar tətilə çıxacaq

Almaniyada pilotlar tətilə çıxacaq

Tarix: 31 Iyul 2022 21:44

Almaniyanın "Lufthansa" aviaşirkətinin pilotlarının əksəriyyəti maaşla əlaqədar tətilə çıxılmasını dəstəkləyiblər.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün pilotların həmkarlar ittifaqı olan "Vereinigung Cockpit" (VC) məlumat yayıb.

Səsvermədə iştirak edən pilotların 97,6 faizi tətil qərarını dəstəkləyib. Tətilə çıxılmaması üçün "Vereinigung Cockpit" pilotların maaşının bu il 5,5 faiz artırılmasını, gələn ilin əvvəlindən isə inflyasiyaya uyğun avtomatik indeksasiyasını tələb edir. "Lufthansa" aviaşirkətinin rəhbərliyi ilə 6 raund danışıqlar olsa da, aviaşirkətin rəhbərliyi müzakirə predmeti olacaq təkliflə çıxış etməyib.

Qeyd edək ki, bundan əvvəl iyulun 27-də "Lufthansa"-da sərnişinlərə xidmət, yüklərin daşınması, təyyarələrinin texniki yoxlanması sahəsində çalışan əməkdaşları 1 günlük tətil elan ediblər. Nəticədə 1000 reys ləğv olunub ki, bu da 134 min sərnişini əhatə edib.


Etiketlər:  Almaniyada pilotlar tətilə çıxacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ