Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2022 21:45
Qoz yalnız dadlı və faydalı çərəz deyil. Ondan üz dərisinin cavan və sağlam qalması üçün maska kimi də istifadə etmək mümkündür. Bu maskanı yaxşı olardı ki, 2 həftə boyunca həftədə bir dəfə tətbiq edəsiniz.
Qozun tərkibində dərini qidalandıran, nəmləndirən bir sıra maddələr mövcuddur. Onun tərkibində bol miqdarda dəmir, fosfor, kalsium, maqnezium, A, B, E və P vitaminləri var.
Resept:
• 1 x/q xırdalanmış çiy qoz
• 1 x/q bal
• 2 x/q zeytun yağı
HAZIRLANMASI:
1. Təxminən 4-5 ədəd qozu təmizləyin. Onları xırdalayaraq sıyıq halına salın.
2. Daha sonra alınan kütləni 1 x/q bal ilə qarışdırın.
3. Qarışıma 2 x/q zeytun, badam və ya kətan yağı əlavə edin. Sadalanan bitki yağlarını yağlı xama ilə də əvəz etmək olar.
4. Yaxşıca qarışdırdıqdan sonra eyni qalınlıqda üzünüzə çəkin.
5. 10-15 dəqiqə saxladıqdan sonra üzünüzü isti su ilə yuyun. Daha sonra isə mineral su ilə yaxalayın.