Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Teymur Rəcəbov yarımfinalda - Dünya kuboku

Teymur Rəcəbov yarımfinalda -  Dünya kuboku

Tarix: 24 Sentyabr 2019 20:00

Rusiyanın Xantı-Mansiysk şəhərindəki şahmat üzrə Dünya Kubokunda 1/4 final mərhələsinin görüşləri keçirilir.

Qol.az xəbər verir ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov ABŞ təmsilçisi Ceffri Syunla yenidən qarşılaşıb. Rəcəbov rəqibinə 1:0 qalib gəlib. İlk görüş heç-heçə başa çatdığından şahmatçımız yarımfinala yüksəlib.

Rəcəbov yarımfinalda Maksim Vaşye-Laqrav (Fransa) - Levon Aronyan (Ermənistan) cütünün qalibi ilə üz-üzə gələcək. Bu iki şahmatçı arasındakı hər iki görüş heç-heçə yekunlaşıb və qalib sabah "tay-breyk"də müəyyənləşəcək.

Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar.

Turnir oktyabrın 4-də başa çatacaq.

 


Etiketlər:  Teymur Rəcəbov yarımfinalda Dünya kuboku


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ