Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xəzər dənizindən Ukraynaya 8 raket atıldı

Xəzər dənizindən Ukraynaya 8 raket atıldı

Tarix: 2 Avqust 2022 22:36

Rusiya ordusu bu gün Xəzər dənizinin şimalından Ukraynaya 8 raket atıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığı "Facebook" səhifəsində məlumat yayıb.

Məlumata görə, onlardan yeddisi vurulub."Ümumilikdə, X-101 (X-555) tipli səkkiz qanadlı raket Ukrayna ərazisi boyunca mərkəzi, cənub və qərb vilayətləri istiqamətində atılıb. Səkkiz raketdən yeddisi havadan vurulub. 6 raket zenit-raket qüvvələri tərəfindən, biri isə Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi tərəfindən vurulub",-deyə məlumatda bildirilir.

Atılan raketlərdən biri Lvov vilayətinə düşüb. Dağıntı və insan təlafatı barədə məlumat verilmir.


Etiketlər:  Xəzər dənizindən Ukraynaya raket atıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ