Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Regionlardakı turizm obyektlərinin işçilərinə təlimlər keçiriləcək

Regionlardakı turizm obyektlərinin işçilərinə təlimlər keçiriləcək

Tarix: 24 Sentyabr 2019 22:56

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət Turizm Agentliyi turistlərin daha çox istiqamət tutduğu bölgələrdəki mehmanxana, restoran və şərab zavodlarında çalışan işçilərə təlimlər keçəcək.

Agentlikdən Trend-ə verilən məlumata görə, dekabr ayında başlanması planlaşdırılan təlimlərin əsas məqsədi bu turizm obyektlərində çalışan kadrların bilik və bacarıqlarını, peşəkarlıq səviyyəsini artırmaqdır.

Layihə "Mehmanxana biznesinin idarə olunması və personalın xidmət keyfiyyətinin artırılması", "Restoran biznesinin idarəolunması və personalın xidmət keyfiyyətinin artırılması", ""Şərab marşrutu" üzrə yerləşən şərab istehsalı və satışı müəsissələrinin turizm nümayiş obyektlərinə çevrilməsi" modulları üzrə həyata keçiriləcək.

İlkin mərhələdə ölkənin 25 rayonunda fəaliyyət göstərən turizm obyektlərinin sahibləri ilə sorğular keçirilib və onların hansı sahələr üzrə təlimlərə ehtiyac duyduqları öyrənilib.

Növbəti mərhələdə isə tələbat duyulan sahələr üzrə təlimlərə start veriləcək.

Qeyd edək ki, layihə regional turizmin inkişafına, turistlərin məmnuniyyət səviyyəsinin yüksəlməsinə, eyni zamanda paytaxtdan rayonlara turist axınının çoxalmasına yardımçı olacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Regionlardakı turizm obyektlərinin işçilərinə təlimlər keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ