Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Üç yaşlı uşaq günlərlə Rusiya meşəsində ac-susuz qaldı

Üç yaşlı uşaq günlərlə Rusiya meşəsində ac-susuz qaldı

Tarix: 4 Avqust 2022 09:22

Rusiyanın Voloqda vilayətinin Velikoustyuqski rayonunda 3 gün öncə yoxa çıxan uşaq kənddən 7 km aralıda meşədə sağ-salamat tapılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə RF İstintaq Komitəsinin region üzrə istintaq idarəsindən bildirilib.

Uşaq ümumi hipotermiya və susuzluq diaqnozu ilə rayon xəstəxanasına yerləşdirilib, həkimlər uşağın vəziyyətinin qənaətbəxş olduğunu, həyat və sağlamlığı üçün heç bir təhlükə olmadığını bildiriblər.

Qeyd edək ki, uşaq avqustun 1-də itkin düşüb. Valideynlərinin sözlərinə görə, uşaq evin həyətində gəzirmiş və saat 17:00-dan sonra yoxa çıxıb. Bundan əvvəl ailə üzvlər mənzilin pəncərəsindən onu izləyiblər.

Milli.Az


Etiketlər:  Üç yaşlı uşaq günlərlə Rusiya meşəsində ac susuz qaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ