Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2022 17:16
Çinin Çonqinq şəhərindən olan Rao adlı iş adamı həyat yoldaşının qız övladını dünyaya gətirdikdən sonra boşanmaq qərarına gəlib.
Sonxeber.net bildirir ki, bu barədə AsiaOne məlumat yayıb.
Gənc ata oğlunun dünyaya gəlməsinə arxayın olduğunu və doqquz aydır bu anı səbirsizliklə gözlədiyini deyib. Qız dünyaya gələndə, o hirsindən özünə yer tapa bilmirdi. Kişi qəzəbini WeChat Moments proqramında dostları ilə bölüşüb. "Xəstəxanada qalmağıma bir dəqiqə də dözə bilmirəm. Keçmiş həyatımda bir pislik etmişəm və buna görə də belə bəxtim var", - o şikayətlənib. Digər mesajlarda Rao yazıb ki, məyusluq üzündən uşağa ad seçmək istəmir və indi boşanmağı düşünür.
Dostlarından biri sosial şəbəkələrdə mesajların skrinşotlarını yerləşdirib. Paylaşım tez bir zamanda viral olub. Raoya çoxlu qəzəbli şərhlər yazıblar. Yerli polis və Çonqinq Qadın Federasiyası paylaşımdan xəbərdar olduqlarını və təhlükə qarşısında olduqları təqdirdə ana və qızı dəstəkləyəcəklərini bildiriblər.
Rao yayımlanan mesajları yazdığını etiraf edib və körpə doğulmadan həyat yoldaşından boşanmaq istədiyini açıqlayıb. "Mən kifayət qədər aqressiv bir xarakterə sahibəm, ifrata varıram, amma mesajlarım yalnız danışmaq istəyi ilə yazılıb", - gənc ata deyib. O əlavə edib ki, bundan sonra da həyat yoldaşı və övladı qarşısında vəzifəsini yerinə yetirəcək.
İrfan Vəliyev