Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2022 19:18
Allergiya dedikdə ağlımıza ən çox yaz ayları və çiçək tozları gəlir. Ancaq allergiyanı sadəcə yazda yox, ilin bütün fəsillərində müşahidə etmək olar.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, bir çox insan üçün zərərsiz olan çiçək tozları, kif, toz kimi maddələrə qarşı dərman və ya bəzi qidalar insanların orqanizmində problem yarada bilər.
Allergiyaya qarşı dərmanlardan uzaq durmalısınız. Bunun üçün ilk olaraq allergiyaya səbəb olan maddələr bilinməli və onlardan istifadə edilməməlidir.
Allergiyanın əlamətləri
Burun ifrazı, burunun tıxanması, asqırma
Gözlər və burunda qaşıntı
Nəfəs darlığı
Öskürmə
Yorğunluq
Baş ağrısı
Ürəkbulanma və qusma
Qızdırma
Allergiyaya qarşı nə etməliyik?
Çiçək tozunun bol və havanın çirkli olduğu yerlərdə və əsasən yaz aylarında allergiya daha çox müşahidə olunur. Çiçək tozları daha çox səhər saatlarında olduğu üçün həmin vaxtlarda mümükünsə havaya çıxmamaq, avtomobildə olarkən pəncərəni bağlamaq tövsiyə edilir.
Allergiya təkcə çöldə deyil, hava şəraiti yaxşı olmayan evlərdə də mümkündür.
Allergiyanın qarşısının alınması üçün bəzi vasitələr...
- Siqaret və tütün məhsullarından qaçın, yanınızda istifadə etməyə icazə verməyin.
- Yun və quş tükü kimi materiallardan uzaq durun. Yastıq və yorğanları həftədə bir dəfə 55 dərəcə temperaturda yumaq lazımdır.
- Ev heyvanlarını allergiyaya qarşı peyvənd edin. Ekoloji spreylər və şampunlardan istifadə edin.
- Evdə kiflərə qarşı tədbir görün, evi tez-tez havalandırın.
- Yataq otağında xalça, toz tutan əşyalar, kitab, çiçək və bitki olmaz.
- Qida allergiyasına qarşı qatqılı maddələri, boyalı qidaları və içkiləri istifadə etməyin.
- Geyimləriniz allergiyaya qarşı olmalıdır.
- Əl yuma və burun təmizliyinə diqqət ayrılmalıdır.