Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qisas” əməliyyatı və Kərimli-Tofiqli tanademinin özünüifşası - FOTO

“Qisas” əməliyyatı və Kərimli-Tofiqli tanademinin özünüifşası - FOTO

Tarix: 4 Avqust 2022 19:39

Qarabağda erməni terrorçularına qarşı keçirilən "Qisas" əməliyyatı "kimin kim olduğunu" da ortaya çıxardı.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, AXCP sədri Əli Kərimli və Milli Şuranın üzvü Tofiq Yaqublunun Azərbaycan Ordusunun erməni terrorçularına vurduğu zərbələrə münasibəti bu kontekstdə diqqət çəkir.
Əli Kərimli əməliyyatdan yazır və qeyd edir ki, "erməni silahlılarından da ölən və yaralanan var".

Birincisi, "erməni silahlıları" yox, qanunsuz erməni silahlı dəstələri və erməni terrorçuları;

İkincisi, "ölən və yaralanan" yox, "məhv edilən" və "zərərsizləşdirilən";

İfadələr önəmlidir və bu, həm Azərbaycanın suverenliyinə yanaşmanı ortaya qoyur, həm də Qarabağdakı separatçı-terrorçulara münasibəti.

Ermənistan Qarabağda qalan qanunsuz silahlı dəstələri "erəni silahlı qüvvələri" və separatçı-terrorçuların qondarma "müdafiə ordusu" hesab edir. Əli Kərimlinin bu yanaşması eyni mövqeyin davam etdirilməsi, yaxud buna yaxın mövqe sərgiləməkdən başqa bir şey deyil. Eyni zamanda, Qarabağda əlində silah tutan istənilən erməni həm Azərbaycan qanunvericiliyinə, həm də beynəlxalq qanunvericiliyə görə terrorçu kimi qəbul edilməlidir. Bütün dünyada terrorçulara münasibət "ölən və yaralanan" yox, "məhv edilən", yaxud "zərərsizləşdirilən" kimidir.

Onları "erməni silahlıları" kimi təqdim etmək yumşaq desək, legitimləşdirilməsinə yardım etmək deməkdir. AXCP sədrinin sərgilədiyi mövqe də "Əli Kərimli terrorçuları legitimləşdirirmi" sualını önə çıxarır.

Bunun fonunda Ə.Kərimli ilə eyni dəstədə təmsil olunan, Azərbaycan ordusunun uğurlu əməliyyatına ötəri toxunan Tofiq Yaqublunun Ukrayna ordusu barədə yazdığı sözlər də diqqətdən yayınmadı.

"Şanlı USQ (Ukrayna Silahlı Qüvvələri-red) Xerson vilayətində faşistlərin hərbi texnika dolu dəmiryolu eşalonunun külünü göyə sovurub. Möhtəşəmsən, HİMARS! Slava Ukraini!!!" deyə T.Yaqublu yazır.

Ukrayna ordusunu dəstəkləmək onun şəxsi işidir və buna heç kim irad tuta bilməz. Amma Müzəffər Ordumuz Qarabağda "Qisas" əməliyyatı keçirdiyi vaxt "şanlı" ifadəsini başqa ölkənin ordusu haqda yazmaq Yaqublunun vətənpərvərliyinin nə qədər olduğunu isbatlayan kiçik, lakin önəmli detaldır.

Zira, Azərbaycan xalqı da, Azərbaycan Ordusu də bu kəslərin gerçək üzünü tanıyır. Lakin onların özlərini bu qədər açıq şəkildə ifşa etmələri maraq doğurmaya bilmir.

Vətəni belə qorumurlar, bəylər, xislətənizi gizlədə bilmirsiniz.


Etiketlər:  Qisas əməliyyatı Kərimli Tofiqli tanademinin özünüifşası FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ