Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2022 11:16
Azərbaycan Mərkəzi Bankının (AMB) "İnzibati departament"inin adı "İnzibati və satınalmalar departamenti"nə dəyişdirilib.
Sonxeber.net bu barədə quruma istinadən xəbər verir.
Bundan başqa, məlumata görə, həmin departamentə rəhbərlik edən Murad İsgəndərli vəzifəsindən azad edilib, onun yerinə Fərhad Vəliyev təyin olunub.
Yeni direktor bundan əvvəl AMB-nin sədrinin müşaviri işləyib. O, tənzimləyici quruma "PAŞA Bank" ASC-dən gətirilib.