Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2022 22:16
Fransada sabahdan etibarən bir həftə ərzində isti hava hökm sürəcək.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bəzi bölgələrdə temperaturun 40 dərəcəni keçəcəyi qeyd edilib.
Ukraynada Rusiyaya məxsus silah anbarları məhv edilib
Ölkədə üç həftədir isti hava şəraiti davam edir.
Meteroloqlar bazar ertəsindən avqustun 15-dək yeni isti hava dalğasının başlayacağını bildirilib.
Bəzi rayonlarda havanın temperaturunun 40 dərəcədən yuxarı qalxacağı proqnozlaşdırılsa da cənubda əsəcək isti küləklərin şimala doğru hərəkət edəcəyinə görə, güclü tufan xəbərdarlığı edilib.
İsti və quraq hava səbəbindən Morbian vilayətində eyni vaxtda 20 yanğın başlayıb.
Bəzi yanğınların geniş əraziyə keçməsinin qarşısı alınıb.
Hələlik yanğınların son vəziyyəti ilə bağlı rəsmi açıqlama verilməyib.