Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenski: Yeni ''referendumlar'' Rusiya üçün danışıqlar imkanının qarşısını alır

Zelenski: Yeni ''referendumlar'' Rusiya üçün danışıqlar imkanının qarşısını alır

Tarix: 8 Avqust 2022 07:42

Zəbt olunmuş ərazilərdə keçiriləcək yeni qondarma "referendumlar" Rusiya Federasiyası üçün həm Ukrayna, həm də sivil dünya ilə danışıqlar imkanlarının qarşısını alır.

Sonxeber.net "report"a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski növbəti müraciətində deyib.

"Rusların zəbt etdikləri ölkəimizin cənubundakı ərazilərində psevdoreferendumlara hazırlaşmaları barədə xəbərlər getdikcə artır. Çox sadə bir şeyi demək istəyirəm: ruslara bu niyyətini hansısa yolla həyata keçirməyə kömək edəcək hər kəs Ukrayna qarşısında cavab verəcəklər", - o qeyd edib.

Onun sözlərinə görə, bu məsələdə Ukrayna dövlətinin mövqeyi dəyişməz olaraq qalır.

"Biz özümüzdən heç nə verməyəcəyik və əgər ruslar bu psevdoreferendumlara əməl etsələr, onda Ukrayna və azad dünya ilə danışıqlar imkanlarını qapayacaqlar ki, bu da nə vaxtsa Rusiya tərəfinə mütləq lazımdır", - Zelenski əlavə edib.


Etiketlər:  Zelenski Yeni referendumlar Rusiya üçün danışıqlar imkanının qarşısını alır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ