Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2022 14:54
Bugünədək Sahibkarlığın İnkişafı Fondu İsmayıllı rayonunda fəaliyyət göstərən 546 sahibkarlıq subyektinə 31,3 mln. manat güzəştli kredit verib.
Sonxeber.net xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.
O bildirib ki, regionların sosial-iqtisadi inkişafına töhfə verən investisiya layihələrinin dəstəklənməsi davam etdirilir: "Ötən il "Agro Life" MMC-yə məxsus olan və dəyəri 1,7 mln. manat olan investisiya layihəsinin 1 mln. manat Fondun güzəştli kredit vəsaiti hesabına maliyyələşdirilib".