Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident XI Dünya Oyunlarında qalib gələn idmançıları mükafatlandırıb

Prezident XI Dünya Oyunlarında qalib gələn idmançıları mükafatlandırıb

Tarix: 8 Avqust 2022 15:30

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Birmingem şəhərində keçirilən XI Dünya Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında Sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncama əsasən, Amerika Birləşmiş Ştatlarının Birmingem şəhərində keçirilən XI Dünya Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılıblar:

1.1. birinci yeri tutmuş idmançı - 20000 manat, onun şəxsi məşqçisi - 10000 manat, həmin idman növü üzrə baş məşqçi - 10000 manat;

1.2. üçüncü yeri tutmuş komanda - 20000 manat, komandanın hər bir məşqçisi - 5000 manat.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Milli.Az


Etiketlər:  Prezident XI Dünya Oyunlarında qalib gələn idmançıları mükafatlandırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ