Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gerye və Mehdinin cəzası açıqlandı

Gerye və Mehdinin cəzası açıqlandı

Tarix: 25 Sentyabr 2019 13:24

AFFA İcraiyyə Komitəsi Premyer Liqanın 5-ci turunun oyunlarında qayda pozuntuları ilə bağlı qərarlar açıqlayıb.

Qol.az-xəbərinə görə, “Səbail” – “Qəbələ” matçında “Qəbələ”nin 6,  “Sumqayıt” – “Sabah” oyununda “Sabah”ın 5, “Neftçi” – “Keşlə” matçında “Keşlə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər üç klub 800 manat cərimə olunub.

Bundan başqa, “Sumqayıt”ın futbolçusu Mehdi Şərifi və “Neftçi”nin müdafiəçisi Donald Gerye son turda ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə edilib.

 


Etiketlər:  Gerye Mehdinin cəzası açıqlandı


RƏYLƏR