Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2022 17:38
Rusiyada Çelyabinskdə mikroavtobusun sürücüsü qadın sərnişini qapının arasında sıxıb, yalnız növbəti dayanacaqda açıb.
Sonxeber.net 74.ru-yə istinadən bildirir ki, sürücünün sözlərinə görə, o, bunu ona görə edib ki, qadın onun avtobusundan hər gün istifadə edərək gediş haqqını vermir.
Yayımlanan videonun müəllifi qadının mikroavtobusa mindiyini və bir dayanacaq sonra düşəcəyini deyərək bunun üçün sürücüyə 10 rubl verdiyini bildirib. "Sürücü cavab verdi ki, o da hamı kimi tam məbləği ödəsin", - qız əlavə edib.
Onun sözlərinə görə, sürücü növbəti dayanacaqda saxlasa da, qapını qadına açmayıb. Qalan sərnişinlər onu bayıra buraxması üçün qışqırmağa başlayıblar, lakin kişi onlara qulaq asmayıb və qadını təhqir etməyə başlayıb.
Sürücünün sözlərinə görə, o, qapı ilə çantanı sıxıb, digər sərnişinlər isə qadının ayağının orada olduğunu zənn ediblər.
İrfan Vəliyev