Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2022 12:40
Amerikalı müğənni Britni Spirs musiqiyə qayıdır. O, altı ildən sonra ilk mahnısını yayımlayacaq. Britaniyalı musiqiçi Elton Con ilə birlikdə hazırlanan bəstə "Hold Me Closer" adı ilə işıq üzü görəcək.
Bu, həm də müğənninin keçən il atasının himayəsindən çıxmasından sonra ilk mahnısı olacaq.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, mahnı yaxın günlərdə işıq üzü görəcək.
Britni Spirsin son studiya albomu "Glory" 2016-cı ildə buraxılıb.
Con yeni mahnının üz qabığını özünün "Instagram" hesabından paylaşıb. Şəkildə raket və qızılgül smaylikləri əks olunub.
Qeyd edək ki, Spirs çox zaman çiçək emojisindən istifadə edir, E.Con isə 1970-ci illərin eyni adlı hitindən sonra özünü "Roketmən" adlandırır.