Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xəstə həkimi silahla təhdid etdi: “Beynimdə çip var, Amerika məni dinləyir, çıxar” - VİDEO

Xəstə həkimi silahla təhdid etdi: “Beynimdə çip var, Amerika məni dinləyir, çıxar” -  VİDEO

Tarix: 10 Avqust 2022 13:08

Türkiyənin Elazığ vilayətində xəstə həkimi silahla təhdid edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə özəl xəstəxanaların birində baş verib. Beynindən şikayətlərinin olduğunu deyən xəstə həkimdən MRT olunmasını tələb edib. Əvvəllər də eyni şikayətdən MRT çəkildiyini bildirən həkim xəstəyə sağlam olduğunu deyib. Bu zaman xəstə silah çıxarıb. "Beynimdə çip var, Amerika məni dinləyir. Onu tap və çıxar", - deyə hədələyib.

"Məni hədələdi ki, güllələri beyninə boşaldacağam. Silahı çıxaranda onun üstünə cumdum. 15 dəqiqə mübarizə apardıq. Silah hər an partlaya bilərdi. Birimiz ölə bilərdik", - deyə həkim keçirdiyi qorxulu anlardan danışıb.

Xəstə polis qrupları tərəfindən nəzarətə alınıb. Daha sonra gətirildiyi məhkəmə tərəfindən həbs edilib.

Milli.Az


Etiketlər:  Xəstə həkimi silahla təhdid etdi Beynimdə çip Amerika məni dinləyir çıxar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ