Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2022 14:52
Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 070 ABŞ dollarına çatıb.
Sonxeber.net "APA-Economics"ə istinadən xəbər verir ki, 9 avqust tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) sentyabr fyuçerslərinin qiyməti 2 068,2 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 1,6% çoxdur.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3900 dollaradək yüksəlib.