Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Avqust 2022 11:40
Türkiyəli məşhur müğənni Ebru Gündeş konserti zamanı göz yaşlarını saxlaya bilməyib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, 47 yaşlı sənətçi anası Müjgan Bilgin 73 yaşında koronavirusdan vəfat etdikdən sonra ilk dəfə səhnəyə çıxıb.
Mahnının "Kaş yanımda olsaydın, canım, sənin üçün elə darıxıram" hissəsini oxuyan müğənni göz yaşlarını saxlaya bilməyib və hönkürərək ağlamağa başlayıb. O, səhnədən uzaqlaşaraq, bir müddət konsertə ara verməli olub.