Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Meyvələrdən keçə bilən təhlükəli infeksiyalar

Meyvələrdən keçə bilən təhlükəli  infeksiyalar

Tarix: 13 Avqust 2022 19:36

Hər gün yediyimiz, faydalı hesab etdiyimiz meyvələr əslində hər bir insan üçün xəstəlik mənbəyi ola bilər.

Milli.Az bakupost-a istinadən xəbər verir ki, meyvələrdən insan bağırsaq çöpü infeksiyasına yoluxa bilər.
Bu barədə immunoloq-allerqoloq Vladimir Bolibok ciddi açqlama verib.

"Meyvə-tərəvəz mövsümündə xəstəxanalara qarın ağrısı, bağırsaq infeksiyaları ilə müraciətlər həmişə artır. Qışda belə olmur. Bu da təsadüfi deyil. İnsanlar çirkli əllə küçədə, işdə, açıq havada daha çox meyvə-tərəvəz yeməyə başlayır.

Bağırsaq çöpləri meyvələr pis yuyulduqda keçə bilir.

Bundan əlavə, infeksiya əlləri yumadan meyvəyə əl vuranda da insana və digər adamlara keçə bilir.
Meyvə-tərəvəz təmiz yuyulmalı, onlara əl vurmadan öncə əlləri isti su sabunla yumaq lazımdır.

Əgər istər-istəməz yoluxma baş veribsə, çoxlu maye içib, qusma etməli və sorbent, qara kömür içmək lazımdır.

Milli.Az


Etiketlər:  Meyvələrdən keçə bilən təhlükəli infeksiyalar


RƏYLƏR