Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Beşiktaş''ın prezidenti olmaq fikrim yoxdur” - Mübariz Mənsimov

“Beşiktaş''ın prezidenti olmaq fikrim yoxdur” - Mübariz Mənsimov

Tarix: 26 Sentyabr 2019 11:36

“Xəzər Lənkəran“ və “Palmali”nin rəhbəri Mübariz Mənsimovun “Beşiktaş”a prezident olacağına dair iddialar yayılıb.

Qol.az-ın məlumatına görə, İstanbul klubunun İdarə Heyətinin üzvü olan azərbaycanlı iş adamı Türkiyədə fəaliyyət göstərən “Azərbaycan Kartalları” fan klubuna verdiyi açıqlamada bu iddialara münasibət bildirib:

“Klubu alacağıma dair iddialar yayılır. İlk olaraq deyim ki, bu, müzakirə mövzusu belə deyil. Çünki “Beşiktaş” satılmır. Prezident olacağıma dair iddialar da var...

Mən sadəcə, “Beşiktaş” azarkeşiyəm. Prezident olmaq kimi fikrim yoxdur. Əlimdən gəldiyi qədər kluba yardım etməyə çalışıram. Klubuma da uğurlar diləyirəm”.

İstanbul təmsilçisinə 2012-ci ildən prezidentlik edən Fikrət Orman vəzifəsindən istefa verib. 

 


Etiketlər:  Beşiktaşın prezidenti olmaq fikrim yoxdur Mübariz Mənsimov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ