Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda 5 ildən sonra Çempionlar Liqasının himni səslənib

Bakıda 5 ildən sonra Çempionlar Liqasının himni səslənib

Tarix: 17 Avqust 2022 21:18

Bakıda 5 ildən sonra yenidən UEFA Çempionlar Liqasının (ÇL) rəsmi himni səsləndirilib.

Milli.Az "report"a istinadən bildirir ki, bu, "Qarabağ"ın evdə Çexiyanın "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəyi pley-off mərhələsinin ilk oyunundan öncə baş verib. Görüş saat 20:45-də start götürdü.

"Köhlən atlar" son olaraq 2017/2018 mövsümündə bu raundda iki oyunun nəticəsinə əsasən Danimarka "Kopenhagen"indən güclü olub - 1:0, 1:2. Qurban Qurbanovun baş məşqçi olduğu komanda həmin mövsüm turnirin qrup mərhələsində mübarizə aparıb.

Qeyd edək ki, Çempionlar Liqasının himni turnirin pley-off mərhələsindən etibarən səsləndirilməyə başlayır.

Milli.Az


Etiketlər:  Bakıda 5 ildən sonra Çempionlar Liqasının himni səslənib


RƏYLƏR