Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2022 08:38
İsveçrə Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və oğlu Aleksandrı sanksiya siyahısına daxil edib.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə İqtisadiyyat üzrə Dövlət Katibliyinin dərc etdiyi məlumatda yer alıb.
Qeyd olunub ki, eks-prezident və oğlu Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini, habelə bu dövlətin sabitliyini və təhlükəsizliyini təhdid edən hərəkət və ya siyasətin dəstəklənməsinə görə məsuliyyət daşıyırlar.
Sanksiyalar İsveçrəyə girişin qadağan edilməsini, həmçinin, əgər varsa, ölkədəki aktivlərin bloklanmasını əhatə edir.
Yanukoviç və oğluna qarşı oxşar tədbirləri Avropa İttifaqı avqustun 4-də tətbiq edib.