Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2022 18:44
Rusiyada Soçidə yerli sakin küçədə yoldaşı tərəfindən döyülən qızın müdafiəsinə qalxıb və təsadüfən bir zərbə ilə kişini öldürüb.
Sonxeber.net bildirir ki, bu barədə KP.RU məlumat yayıb.
Rusiya kurortlarından birində sahildə gəzən gənc cütlük mübahisə etməyə başlayıb. Kişi qıza qarşı aqressiv davranıb. Onların münaqişəsi küçə müşahidə kamerasına düşüb. Yazı Telegram kanallarda yayımlanıb.
Videoda skamyada dava edən gənclər görünüb, sonra bir oğlan onların yanına gələrək kişini vurub, o isə yıxılıb və bundan sonra qalxmayıb.
Onu vuran şəxs təcili yardım çağırıb, lakin gələn həkimlər adamın öldüyünü bildiriblər. Polis hadisə ilə bağlı araşdırma aparır.
İrfan Vəliyev