Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyadan bu ölkəyə XƏBƏRDARLIQ – Zərbə endirilə bilər…

Rusiyadan bu ölkəyə XƏBƏRDARLIQ – Zərbə endirilə bilər…

Tarix: 23 Avqust 2022 20:42

"Rusiya və NATO arasında hərbi münaqişə baş verərsə, Finlandiya alyansa qoşulan zaman Helsinki cavab zərbəsi üçün potensial hədəfə çevrilə bilər".

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının senatoru Vladimir Cabarov bildirib.

"Finlandiya Rusiya ilə əlaqələrin dondurulmasından nə qazanacaq? Heç nə! Üstəlik, NATO-ya daxil olmaq qərarı alan Helsinki alyansla Rusiya arasında hərbi münaqişə baş verərsə, cavab zərbəsinin potensial hədəfinə çevrilir", - senator qeyd edib.

Loading...
Yazının davamı reklamdan sonra
Cabarovun sözlərinə görə, Finlandiya Prezidenti Sauli Niiniste Rusiya ilə münasibətlərin demək olar ki, tamamilə kəsildiyini bildirib:

"O, Ukraynada başladığımız "xüsusi əməliyyat"a görə Moskvaya etimadını itirildiyini deyəndə haqlı idi, fəqət əlavə etməyi unudub ki, "ölkəsi ilə Rusiya arasında münasibətlərdə buz böhranının təşəbbüskarı məhz özü olub".

Milli.Az


Etiketlər:  Rusiyadan bu ölkəyə XƏBƏRDARLIQ Zərbə endirilə bilər


RƏYLƏR