Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ürək, bağırsaqlar və beyinin sevimli MEYVƏSİ

Ürək, bağırsaqlar və beyinin sevimli MEYVƏSİ

Tarix: 23 Avqust 2022 20:45

Gilas həm dadlı, həm də çox faydalı giləmeyvədir. Gilasın tərkibində B qrupu, C, PP, A kimi faydalı vitaminlər, mis, sink, yod, dəmir, kalsium, maqnezium, marqans və s. kimi minerallar var.

Həmçinin gilasın tərkibində digər çox faydalı maddələr də var. Belə ki, gilasın tərkibində olan pektinlər bağırsaqların normal fəaliyyəti üçün çox vacibdir, "antosian" adlı maddələr güclü xərçəng əleyhinə təsirə malikdir və s.

Tünd qırmızı rəngdə olan gilas ən xeyirli sayılır.

Saglamolun.az bildirir ki, gilas ürək-damar sistemi üçün də çox xeyirlidir - qanın tərkibini yaxşılaşdırır, damarların divarlarını təmizləyir və möhkəmləndirir, hipertoniyadan əziyyət çəkən insanlar üçün xeyirlidir.

Pektin və liflərlə zəngin olan gilasbağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliklə mübarizədə kömək edir, bağırsaqları müxtəlif ziyanlı maddələrdən təmizləyir. Lakin onu da nəzərə almaq lazımdır ki, gilasın çoxlu miqdarda qəbulu ishala, köpə, mədədə ağrılara səbəb ola bilər. Gilası az miqdarlarda olmaqla (100-150 qr) gün ərzində 2-3 dəfə yemək olar. Gilası qida qəbulları arasında yemək lazımdır.

Gilasın tərkibində yod var. Bu mineral gilası qalxanvari vəzi pozulmaları zamanı çox xeyirli edir.

Gilas dəmirlə də zəngindir. Anemiyadan əziyyət çəkən insanlar bu meyvəni mütləq öz qidalanmasına daxil etməlidir.

Gilasda antioksidantlar var. Bu maddələr orqanizmdə gedən qocalma prosesləri ləngidir, orqanizmi cavanlaşdırır.

Gilas azkalorili məhsuldur. Digər tərəfdən gilas tez toxluq hissi yaradır. Bu səbəbdən arıqlamaq istəyən insanlar gilası rahat yeyə bilərlər. Hər gün qida qəbulundan 30 dəqiqə əvvəl 1 ovuc gilas yeyən insan daha az miqdarda qida qəbul edəcək və arıqlayacaq.

Gilas insanın sinir sisteminə də çox müsbət təsir edir - əhval-ruhiyyəni yaxşılaşdırır, stresdən və depressiyadan azad olmağa kömək edir.

Gilas kosmetologiyada kosmetik maskalar tərkibində istifadə olunur. Gilas dərini təmizləyir, cavanlaşdırır, daha elastik və dartılmış edir.


Etiketlər:  Ürək bağırsaqlar beyinin sevimli MEYVƏSİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ