Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident: Bu, xalqımıza qardaşcasına münasibətin daha bir təzahürüdür

Prezident: Bu, xalqımıza qardaşcasına münasibətin daha bir təzahürüdür

Tarix: 24 Avqust 2022 17:12

Biz artıq ikitərəfli münasibətlərimizin geniş gündəliyinə, beynəlxalq problemlərə dair çox ətraflı söhbət etdik və bütün məsələlər barədə ölkələrimizin mövqelərinin üst-üstə düşdüyünü gördük. Əlbəttə, Sizə təşəkkür etmək istərdim ki, dəvətimizi qəbul etmisiniz və ölkəmizə rəsmi səfər edirsiniz. Əminəm ki, bu səfər münasibətlərimizin gələcək inkişafı üçün çox böyük əhəmiyyət kəsb edəcək.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşdəki çıxışında bildirib.

Onu Qazaxıstan Respublikasının "Altın Kırın" ali ordeni ilə təltif etdiyinə görə qazaxıstanlı həmkarına bir daha təşəkkürümü bildirən dövlətimizin başçısı deyib: "Bu mükafata layiq görülməyim mənim üçün böyük şərəfdir və mən bunu xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, Azərbaycanın münasibətlərimizin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymət hesab edirəm".

Prezidenti İlham Əliyev Qazaxıstanın Azərbaycana hədiyyəsini - işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzini xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, hazırda bizim hamımızın məşğul olduğumuz Qarabağın bərpası işinə töhfə kimi dəyərləndirib.


Etiketlər:  Prezident xalqımıza qardaşcasına münasibətin daha təzahürüdür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ