Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2022 19:12
69 yaşlı amerikalı Deyv və onun həyat yoldaşı, 27 yaşlı filippinli Ceki, onlara qarşı insanların qarışıq reaksiyasından danışıblar.
Sonxeber.net bildirir ki, 42 yaş fərqi olan cütlük Avstraliyanın Seven News telekanalı ilə sevgi hekayəsini paylaşıb.
Ceki və gələcək əri Deyv 2016-cı ilin oktyabrında tanışlıq saytında tanış olublar. Deyv xatırlayıb: "Mən ona əsasən onun profilini bəyəndiyimi və onunla tanış olmaq istədiyimi bildirən bir mesaj göndərdim". Bir neçə görüşdən sonra onlar cütlük olublar və sonra evləniblər.
Sevgililər sosial şəbəkələrdə birgə həyatlarından yazmağa çalışsalar da, istifadəçilərin qınağı ilə üzləşiblər. Onları tanımayan insanlar iddia ediblər ki, Ceki Deyvlə pulu və ya əcnəbiyə ABŞ-da daimi yaşamaq imkanı verən yaşıl kart almaq üçün evlənib.
Müsbət cavablar da olub, Ceki və Deyvi dəstəkləyənlər yazıblar ki, yaş fərqi önəmli deyil və ən əsası həyat yoldaşlarının xoşbəxt olmasıdır.
İrfan Vəliyev