Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ”dan Şahruddinə növbəti dəstək - FOTO

“Qarabağ”dan Şahruddinə növbəti dəstək - FOTO

Tarix: 27 Avqust 2022 13:26

Azərbaycan Premyer Liqasının 4-cü turunda "Şamaxı" ilə oyun öncəsi "Qarabağ" qapıçısı Şahruddin Məhəmməliyevə dəstək nümayiş etdirib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi bugünkü oyunun (saat 20:30) posterinə məhz qolkiperin şəklini qoyub.

Xatırladaq ki, Ş.Məhəmməliyev Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya" ilə cavab oyununda (1:2) etdiyi səhvlərə görə tənqid olunub.

Qeyd edək ki, daha əvvəl "Qarabağ"ın direktoru Emrah Çelikel və baş məşqçi Qurban Qurbanov da Şahruddinə dəstəklərini ifadə ediblər.


Etiketlər:  Qarabağdan Şahruddinə növbəti dəstək FOTO


RƏYLƏR