Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2022 20:54
Şabran rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ağalıq kəndi ərazisində qeydə alınıb. Bakı şəhəri, Binəqədi rayon sakini 1975-ci il təvəllüdlü
Skokov İqor Sergeyeviç idarə etdiyi "Toyota Prius" markalı avtomobillə Şabran rayonu, Ağalıq kənd sakini 2011-ci il təvəllüdlü Ağayev Hacıbala Davud oğlunu vurub. Xəsarət alan şəxs Xaçmaz mərkəzi rayon xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.