Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

Tarix: 28 Avqust 2022 09:30

Türkiyənin məşhur aktrisası Füsun Günuğur dünyasını dəyişib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Dövlət Teatrları Baş İdarəsindən Mustafa Kurt məlumat verib.

"Türk teatrının dəyərli adlarından olan, sənətkarımız Füsun Günuğurun vəfat xəbərini böyük kədərlə öyrəndim. Allah sənətkarımıza rəhmət eləsin, ailəsinə və sənət dünyamıza başsağlığı verirəm", - deyə o bildirib.

Qeyd edək ki, aktrisa "Gönül Yokusu" , "Oyun Bitti" və "Beni Unutma" filmləri ilə böyük izləyici kütləsi toplayıb. Füsun Günuğur 2008-2016-cı illərdə yayımlanan "Beni unutma" serialının 1702 bölümündə oynayıb.


Etiketlər:  Məşhur aktrisa vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ