Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yunanıstan türk F-16-larına S-300-lərlə hücum edib?

Yunanıstan türk F-16-larına S-300-lərlə hücum edib?

Tarix: 28 Avqust 2022 19:56

Yunanıstanın kəşfiyyat missiyasını yerinə yetirən Türkiyə təyyarələrinə qarşı S-300 hava hücumundan müdafiə sistemlərini işə salıb.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "CNN Türk" telekanalı Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

"Milli Müdafiə Nazirliyindəki mənbələrdən alınan məlumata görə, Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına aid F-16-ların avqust ayında Egey və Şərqi Aralıq dənizində beynəlxalq hava məkanında uçuşları zamanı müttəfiqlik ruhuna uyğun gəlməyən böyük bir insident yaşanıb. Türkiyə təyyarələri Krit adasında yerləşdirilən S-300 hava hücumundan müdafiə sistemlərinin hücumuna məruz qalıb. S-300-dən Rodos adasının 10 min fut qərbində kəşfiyyat missiyası aparan F-16 qırıcısına yer-hava tipli raket buraxılıb. Buna baxmayaraq, pilotlar öz planlı tapşırıqlarını yerinə yetirib və sağ-salamat öz bazalarına qayıdıblar", - kanal bildirib.


Etiketlər:  Yunanıstan türk larına lərlə hücum edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ