Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni Laçın yolu yalnız bu qəsəbədən keçir

Yeni Laçın yolu yalnız bu qəsəbədən keçir

Tarix: 30 Avqust 2022 08:08

Laçın şəhərindən yan keçən və Qarabağ iqtisadi rayonunu Qərbi Zəngəzurla birləşdirən yeni yolun uzunluğu təxminən 32 km-dir. Bunun təxminən 10 km hissəsi Qərbi Zəngəzur ərazisindədir. Həmin hissə bizim üçün maraqlı deyil, çünki qonşu dövlətin (Ermənistanın) ərazisidir.

Bunu nəqliyyat eksperti Ərşad Hüseynov Feysbuk hesabında deyib.

Ekspert bildirib ki, Azərbaycan ərazisinə yeni yolun 22 km-lik hissəsi düşür:

"Bu da bizim iki rayonumuza aiddir: təxminən 8-9 km Laçın rayonunun ərazisinə, qalanı (13-14 km) Şuşa rayonunun ərazinə düşür. Marşrut elə seçilib ki, Laçın rayonu ərazisində bu yol maksimum qısa olsun, həm də yaşayış məntəqələrindən və yararlı torpaqlardan imkan daxilində yan keçsin. Ona görə də yeni yol yalnız Qayğı qəsəbəsindən keçir, Laçının başqa heç bir kəndindən keçmir (Məlumat üçün: Qayğı qəsəbəsi 1980-ci illərin sonunda separatçılar baş qaldırdıqdan sonra tikilməyə başlamış, bir neçə ev tikilmişdi. Lakin Laçının işğalı işləri yarımçıq qoydu. İşğal vaxtı vandallar qəsəbədə olan bütün evləri fundamentinə qədər söküb aparıblar, çünki onların tikintisində mişar daşları və beton plitələrdən istifadə edilmişdi). Yolun Azərbaycana aid hissəsi Həkəri üzərindəki körpüdən başlayır (Zabux kəndindən təxminən 18 km uzaqda). Burada Həkəri sərhəd çayıdır".

Ərşad Hüseynov yeni yolla köhnə yolla müqayisə edib:

"Yeni yolun Laçın rayonu ərazisinə düşən hissəsi maksimum 9 km-dir, köhnə yol isə Laçın şəhərinin mərkəsindən keçməklə rayon ərazisində uzunluğu təxminən 30 km-dir (23 km Laçından Qərbi Zəngəzurun sərhədinə qədər, təxminən 7 km Laçından Şuşa rayonun ərazisinə keçənə qədər). Göründüyü kimi, yeni yolun rayonumuzdan keçən hissəsi köhnə yolun rayonumuzdan keçən hissəsindən ən azı 20 km qısadır. Sülhməramlıların yeni yol boyu nəzarət edəcəyi ərazinin parametrləri ilə bağlı məsələ isə mən bildiyim qədər hələ ki, açıqdır. Bunun əvvəlki kimi 5 km-lik (yolun hər iki tərəfinə 2,5 km olmaqla) zona, yoxsa sadəcə yolboyu daha kiçik bir zona olacağı yaxın günlərdə tam aydın olacaq. Ən pis halda köhnə yol boyu sülməramlıların Laçın rayonunda nəzarət zonası təxminən 140-150 kvadrat km. idisə, yeni yolda bu, maksimum 45 kvadrat km. ola bilər".


Etiketlər:  Yeni Laçın yolu yalnız qəsəbədən keçir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ