Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2022 22:30
Onun adı xanım Tompson idi. İlk dərs günü öz yeni 5-ci sinfinin qarşısında dayanaraq xanım Tompson yaxşı bilirdi ki, utanmadan bu uşaqlara yalan söyləyir. Amma bir çox müəllimlər kimi o yenə də şagirdlərinə baxır və onları sevdiyini söyləyirdi. Ancaq bu mümkün deyildi, çünki birinci sırada, Teddi Stoddard adlı oğlan əyləşmişdi. Xanım Tompson bütün ötən il ərzində Teddiyə nəzarət etmiş, aydınlaşdırmışdı ki, O başqa uşaqlarla pis davranmaqla yanaşı, məktəbə yuyunmadan, əyni-başı natəmiz gəlir. Bundan əlavə O, qabalıq edirdi. Bu oğlana qarşı olan etinasızlıq elə bir səviyyəyə çatmışdı ki, artıq xanım Tompson Teddinin dəftərindəki səhvləri böyük zövqlə, qırmızı, yağlı qələmlə üstündən xətləyib, sonda nəhəng bir iki yazırdı.
Sonxeber.net ailehekimi.az-a istinadən bildirir ki, xanım Tompsonun dərs verdiyi məktəbdə hər bir uşağın şəxsi xasiyyətnaməsi ilə yaxından tanış olmaq tələb olunurdu və o, Teddini sona saxladı. Lakin onun şəxsi qovluğu ilə tanışlıq xanım Tompsonu dəhşətli dərəcədə təəccübləndirdi. Birinci sinifdə Teddinin müəlliməsi yazırdı. " Teddi parlaq və şən uşaqdır. O, ev tapşırıqlarını səhmanla yerinə yetirir, yaxşı rəftarı ilə hər kəsdən fərqlənir, Teddi sanki sevinc saçır". İkinci sinif: "Teddi mükəmməl şagirddir , sinif yoldaşları onu çox sevir, amma o gərgindir. Çünki onun anası ölümcül xəstədir və bu balacanın evdə yaşadığı abu-hava başdan ayağa həyati mübarizədir. Üçüncü sinif : Teddi anasının ölümünü ağır keçirdi. O, var gücü ilə çalışır, təəssüf ki, atası onun həyatına böyük maraq göstərmir, müəyyən tədbirlər görülməzsə, onun evdəki durumu tezliklə ona pis təsir edəcək. Dördüncü sinif: "Teddi özünə qapanıb, dərsə böyük maraq göstərmir. Onun dostları azdır və bəzən dərsdə yatır" Artıq xanım Tompson uşaqla nə baş verdiyini anladı və utandı. Milad bayramında Teddidən başqa bütün uşaqların gətirdikləri, parlaq kağıza bükülüb qırmızı lentlə bağlanmış hədiyyələri gördükdə xanım Tompson özünü daha da pis hiss etdi. Teddinin hədiyyəsi ərzaq mağasından əldə olunmuş yöndəmsiz bir vərəqə bükülmüşdü. Xanım Tompson bilərəkdən bütün hədiyyələrlə yanaşı Teddinin də hədiyyəsini açdı. Teddi müəlliməyə bəzi daşları çatışmayan saxta brilliantdan ibarət olan qolbağı və dağarcıqda yalnız 1/4 hissəsi qalan ətir hədiyyə etmişdi. Hədiyyəni görən bəzi uşaqlar xısın-xısın gülməyə başladılar. Amma xanım Tompson uşaqları susmağa vadar etdi, ətirdən biləklərinə çəkib qolbağı qoluna taxdı. Xanım Tompson aldığı hədiyyələrdən qürür duyduğunu və nə qədər dəyərli olduğunu bildirdi. Həmin gün Teddi Xanım Tompsona "Bu gün sizdən anamın qoxusunu aldım" demək üçün dərsdən sonra bir qədər yubandı. Xanım Tompson bütün uşaqlar getdikdən sonra saatlarla göz yaşlarına qərq oldu. O gündən etibarən oxu, yazı, riyaziyyat fənlərini tədris etmədi. Bunun əvəzində indi onun üçün yalnız uşaqlar və onlara öyrədiləcək daha vacib şeylər var idi. Artıq xanım Tompson ona xüsusi diqqət yetirir və Teddinin qəlbi bundan sanki canlanmağa başlayırdı. Hər dəfə onun tərifləyib, həvəsləndirdikcə o dərslərə daha fəal cavab verirdi. İlin sonuna yaxın Teddi sinfin ən müvəffəqiyyətli şagirdlərindən birinə və müəllimlərin sevimlisinə çevrildi. Bir il sonra xanım Tompson öz qapısında Teddidən kiçik bir məktub gördü. O yazırdı, Xanım Tompson onun həyatında olan ən yaxşı müəllimdir.
Altı ildən sonra O, Teddidən daha bir məktub aldı. Teddi yazırdı, çalışqanlığına görə orta məktəbi sinif üzrə 3-cü olaraq bitirir və xanım Tompson onun həyatında ən yaxşı müəllim olub.
Dörd ildən sonra o bir məktub daha aldı. Məktubda bəzən keçirdiyi çətinliklərə baxmayaraq, tezliklə təhsilini davam etdirib kolleci əla qiymətlərlə bitirdiyini yazırdı. O xanım Tompsona onun həyatında sevimli və əvəzolunmaz müəllim olduğunu bir daha vurğulayırdı.
Dörd ildən sonra bir məktub daha gəldi. Bu dəfə o, bakalavr dərəcəsi aldığını və təhsilini davam etdirmək fikrində olduğunu bildirirdi. Məktubda xanım Tompsonun onun həyatının hələ də əvəzolunmaz müəllimi olduğu qeyd olunurdu. Lakin indi onun adı bir qədər uzun idi. Məktubda belə yazılırdı - Teodor F. Stoddard tibb elmləri doktoru.
Bununla onun tarixçəsi bitmir. Həmin yaz bir məktub daha gəldi. Teddi yazırdı O, ecazkar bir xanımla tanış olub və evlənməyə qərar verib. O atasının bir neçə il bundan əvvəl vəfat etdiyini yazaraq, xanım Tompsondan toyunda adəti üzrə bəyin anasına məxsus olan yeri əvəz etməyə razı olub olmayacağını soruşurdu. Əlbəttə ki, xanım Tompson razılaşdı. Bundan əlavə, xanım Tompson saxta brilliantdan ibarət olan qolbağı taxmağı unutmadı. Bununla yanaşı, Teddinin bağışladığı və anasının son milad bayramında ətirləndiyi dağarcığı taparaq onunla ətirləndi. Onlar qucaqlaşdılar və doktor Teddi xanım Tompsonun qulağına pıçıldayaraq dedi: "Mənə inandığınız üçün çox sağ olun. Özümə görə bir insan, fərd olduğumu hiss etməyə şərait yaratdığınıza və bir mövqe sahibi ola bildiyimi mənə göstərdiyinizə görə sizə böyük minnətdarlığımı bildirirəm." Xanım Tompson doluxsunaraq cavabında pıçıldadı, əslində heç də belə deyil. Mənim nəyəsə qadir olduğumu başa düşməyə kömək edən sən oldun. Sənə rast gəlməyincə, mən uşaqları necə öyrədəcəyimi bilmirdim.