Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AQTA 2019-2020-ci tədris ili üçün “Sağlam məktəbli” layihəsinə start verib

AQTA 2019-2020-ci tədris ili üçün “Sağlam məktəbli” layihəsinə start verib

Tarix: 27 Sentyabr 2019 18:30

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sağlam məktəbli” layihəsi çərçivəsində Bakı şəhəri və regionlarda yerləşən ümumtəhsil məktəblərində maarifləndirmə tədbirlərinə yenidən başlayıb.

AQTA-dan Trend-ə verilən məlumata görə, yeni tədris ilində ilk görüşlər Gəncə şəhər Nizami Aydın adına 18 nömrəli tam orta məktəb və Mingəçevir şəhəri Texniki Humanitar liseyin şagirdləri ilə keçirilib.

Tədbirdə şagirdlərə layihə və Agentliyin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib, onlara Agentliyin hazırladığı sosial videoçarxlar təqdim edilib. Daha sonra Agentliyin regional bölmələrinin əməkdaşları tərəfindən məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, qablaşdırma məhsullarının qidaya təsiri, qida məhsullarında etiket məlumatları, “Fast food”un zərərləri, süd və süd məhsullarının faydaları barədə ətraflı məlumat verilib. Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, onlara sağlam qidalanma ilə əlaqədar maarifləndirici materiallar paylanılıb.

Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Layihənin bu tədris ilində də bütün bölgələrdə keçirilməsi nəzərdə tutulub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

AQTA 2019-2020-ci tədris ili üçün “Sağlam məktəbli” layihəsinə start verib AQTA 2019-2020-ci tədris ili üçün “Sağlam məktəbli” layihəsinə start verib AQTA 2019-2020-ci tədris ili üçün “Sağlam məktəbli” layihəsinə start verib AQTA 2019-2020-ci tədris ili üçün “Sağlam məktəbli” layihəsinə start verib AQTA 2019-2020-ci tədris ili üçün “Sağlam məktəbli” layihəsinə start verib AQTA 2019-2020-ci tədris ili üçün “Sağlam məktəbli” layihəsinə start verib AQTA 2019-2020-ci tədris ili üçün “Sağlam məktəbli” layihəsinə start verib AQTA 2019-2020-ci tədris ili üçün “Sağlam məktəbli” layihəsinə start verib AQTA 2019-2020-ci tədris ili üçün “Sağlam məktəbli” layihəsinə start verib AQTA 2019-2020-ci tədris ili üçün “Sağlam məktəbli” layihəsinə start verib AQTA 2019-2020-ci tədris ili üçün “Sağlam məktəbli” layihəsinə start verib AQTA 2019-2020-ci tədris ili üçün “Sağlam məktəbli” layihəsinə start verib AQTA 2019-2020-ci tədris ili üçün “Sağlam məktəbli” layihəsinə start verib AQTA 2019-2020-ci tədris ili üçün “Sağlam məktəbli” layihəsinə start verib AQTA 2019-2020-ci tədris ili üçün “Sağlam məktəbli” layihəsinə start verib AQTA 2019-2020-ci tədris ili üçün “Sağlam məktəbli” layihəsinə start verib


Etiketlər:  AQTA 2019 2020 tədris üçün Sağlam məktəbli layihəsinə start verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ