Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2022 08:50
Rusiyanın "Şimal axını"nı dayandırmaq qərarı sinizmdir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Erik Mamer deyib.
"Bu, onun (Qazprom - red.) təchizatçı kimi etibarsızlığının növbəti təsdiqidir. Bu, həm də Rusiyanın sinizminin sübutudur, çünki müqavilələri yerinə yetirmək əvəzinə qaz yandırmağa üstünlük verir", - deyə o bildirib.
Xatırladaq ki, "Qazprom" "Şimal axını" ilə tədarükü tamamilə dayandırdığını açıqlayıb. Bundan öncə isə onun Finlandiya ilə sərhəddə hər gün təxminən 4,34 milyon kubmetr qazı (təxminən 10 milyon dollar dəyərində) yandırdığı üzə çıxmışdı.