Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çexiyada uşaqların olduğu karusel aşıb, 12 nəfər yaralanıb - VİDEO

Çexiyada uşaqların olduğu karusel aşıb, 12 nəfər yaralanıb - VİDEO

Tarix: 4 Sentyabr 2022 10:16

Çexiyanın şimal-şərqində Havirovda şənlik zamanı zəncirli karusel çöküb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə "İdnes" məlumat yayıb.

İnsident barədə respublikanın yanğınsöndürənlər və xilasedicilərin birgə xidmətinin nümayəndəsi Piter Kudela məlumat verib. Hadisə bayram tədbirləri zamanı baş verib. Əyləncə parkının əməkdaşları attraksionun işində nasazlıqlar olduğunu bildiriblər. 12 nəfər yaralanıb. Yerli telekanal hadisə yerindən video nümayiş etdirib.

Zərərçəkənlərin əksəriyyətinin uşaqlar olduğu məlum olub. Karuselin çökdüyü yerdə beş təcili yardım briqadası və xilasedicilər çalışıb.

Hadisənin digər təfərrüatları və attraksionun strukturunun dağılmasının səbəbləri açıqlanmayıb.


Etiketlər:  Çexiyada uşaqların olduğu karusel aşıb nəfər yaralanıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ