Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Sentyabr 2019 21:24
"Futbolçuların əzmkarlığı qane etdi. İlk hissədə taktiki tapşırıqları yaxşı yerinə yetirirdilər. Təəssüf ki, fasilə ərəfəsində qol buraxdıq".
Qol.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 6-cı turunda səfərdə "Qarabağ" 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.
38 yaşlı mütəxəssis bildirib ki, gənc futbolçular "Qarabağ" kimi rəqiblə görüşdə yaxşı təcrübə toplayırlar: "Əlimizdə olan futbolçular bunlardır. Sona qədər vuruşacağıq. İlk hissədə qol buraxmasaq, ikinci yarıda fərqli də ola bilərdi. Bizim kimi komandaların 1-2 imkanı olur. Onu da yaxşı dəyərləndirmək lazımdır. Bizdə bu, çatmır".